Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən “Şamaxı” - “Sumqayıt” matçının sonlarında ara qarışıb.
"Unikal" xəbər verir ki, qonaqların hesabı bərabərləşdirməsindən sonra baş məşqçi Saşa İliç meydan sahiblərinin məşqçilər korpusuna tərəf qaçaraq qeyri-etik hərəktlər edib.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə onun bu hərəkətinə qarşı öz reksiyasını göstərib və nəticədə hər iki baş məşqçiyə oyunun baş hakimi Tural Qurbanov qırımızı vərəqə göstərərək meydandan qovub.
