ABŞ-nin Şimali Karolina ştatının Konkord şəhərində keçirilən Milad ağacının işıqlandırılması mərasimi silahlı insidentlə dayandırılıb.
"Unikal" xəbər verir ki, hadisə cümə günü yerli vaxtla təxminən saat 19:30-da (Bakı vaxtı ilə səhər 4:30) baş verib. Tədbirin qalan hissəsi ləğv edilib və izləyicilərdən dərhal şəhərin mərkəzini tərk etmələri xahiş olunub.
Hadisə nəticəsində dörd nəfər güllə xəsarəti alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Yaralılardan üçünün vəziyyəti ağırdır.
