Qazaxstanın Türküstan vilayətində ikimərtəbəli fərdi evdə baş vermiş yanğın nəticəsində 9-u uşaq olmaqla 12 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu  barədə "KazTAG" agentliyi məlumat yayıb. 

"Yanğınla bağlı araşdırma və söndürmə işləri zamanı huşunu itirmiş 3 nəfər evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. İçəridə 9 uşaq olmaqla 12 nəfər ölüb", - məlumatda deyilir.

Yanğının səbəbi araşdırılır. 

Gülayə Mecid