Ölkə başçısının dünən imzaladığı sərəncamla Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla o, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
"Unikal" Modern.az-a istinadən xəbər verir ki, Vüqar Novruzov yüksək vəzifəli məmurun oğludur. Belə ki, onun atası Vahid Novruzov Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində çalışır.
75 yaşlı Vahid Novruzov iqtisad elmləri doktoru, professordur. O, 1996-cı il aprelin 5-dən indiyə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində işləyir.


























































