Abşeron Suvarma Kanalının Bakının Maştağa kəndindən keçən hissəsində kütləvi balıq tələfatı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi müvafiq qurumların araşdırma başlatdığını bildirib.
