Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səida Haqverdiyeva Kukla Teatrının direktoru olan həyat yoldaşı Rəşad Əhmədzadə ilə boşanır. 

"Unikal" xəbər verir ki, S.Haqverdiyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bu gün uzun götür-qoydan sonra radikal görünən bir addım atıb:

“Rəşad Əhmədzadə ilə yollarımı ayırıram və boşanmaq üçün müraciət etmişəm. Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Evli olduğumuz 10 il müddətində həmişə yaxşı həyat yoldaşı olub. Qayğıkeşliyi, ədaləti və xeyirxahlığı ilə məni özünə heyran edib.

Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir. Amma buna məcburam. Beş ilə yaxındır ki, məhz mənə görə, müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir və səhhətində ciddi problemlər yaranıb. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz. R. Əhmədzadə mənim bu addımımı xoş qarşılamasa da, seçimimə hörmətlə yanaşdı. Mənə və ailəmə təzyiqlər edən şəxslər haqqında qısa zamanda ətraflı məlumatlar paylaşacağam. Çünki səbr kasam dolub. İstəyirəm ki, siz də o adamları tanıyasınız. Davamı olacaq”, - deyə kinorejissor qeyd edib.