Azərbaycanda 2026-cı ildə də minimum əməkhaqqı və minimum pensiyanın məbləği artırılmayacaq.
"Unikal" xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Gələn il də minimum əməkhaqqı 400 manat, minimum pensiya isə 320 manat olacaq.
