ABŞ prezidenti Donald Tramp milyarder Corc Sorosun və digər “dəli solçu radikalların” hökumət əleyhinə aksiyaların təşkil etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Trampın bu barədə bəyanatı Ağ Evin rəsmi "YouTube" kanalında dərc olunub.
"Mən bu insanlara baxdım və onlar bu ölkənin nümayəndəsi deyillər. Və mən bütün bu tamamilə yeni plakatları gördüm <...>. Təxmin edin, onların pulunu kim ödəyib? Soros və digər solçu dəlilər. Deyəsən, belədir. Biz araşdırırıq", - ABŞ prezidenti deyib.
Tramp qeyd edib ki, hökumət əleyhinə nümayişlər sayca azdır və səmərəsizdir və onların iştirakçıları, onun sözləri ilə desək, “yorğun” görünürlər.
