"Kiyevin ziddiyyətli bəyanatları münaqişənin sülh yolu ilə həllinə kömək etmir".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib. 

"Biz Kiyevdən çox ziddiyyətli bəyanatların gəldiyini görürük. Biz görürük ki, Kiyev rejiminin mövqeyi də ziddiyyətlərlə doludur. Bütün bunlar, əlbəttə ki, sülh prosesinə töhfə vermir ", - o deyib.

Peskov Rusiya prezidenti Vladimir Putinin mövqeyinin ardıcıl və hamıya məlum olduğunu vurğulayıb. Moskva Ukrayna böhranının həlli ilə bağlı amerikalılarla bu istiqamətdə ünsiyyəti davam etdirir və ciddi iş gedir.