Rusiya prezidenti Vladimir Putin cəmi bir telefon danışığında ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tamamilə dəyişdirə bilib.
"Unikal" xəbər verir ki, bu barədə “Politico” yazır.
"Görünür, Putin bir telefon zəngini ilə prezident Trampın Ukrayna ilə bağlı fikrini yenidən dəyişib ", - məqalədə deyilir.
Nəşrin müəllifləri Trampın Putinlə söhbətindən sonra onun ritorikasında əhəmiyyətli dəyişiklikləri təhlil ediblər. ABŞ prezidenti indi Kiyevə “Tomaqavk” raketləri vermədən Rusiya-Ukrayna münaqişəsinə son qoymaq niyyətindədir.
Üstəlik, Tramp Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsinin zəruriliyini də istisna etmir.
Gülayə Mecid
