Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.
T. Erhürman həmçinin mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib.
