Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın tələb etdiyi kimi Ukrayna qoşunlarının Donetsk Xalq Respublikası (DXR) ərazisindən çıxarılması ehtimalını rədd edib.
"Unikal" xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yayımladığı videomüraciətdə bildirib.
“Biz Rusiyaya heç nəyi hədiyyə etməyəcəyik”, - deyə Ukrayna lideri bildirib.
Zelenski deyib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə cəbhədə “müəyyən addımlar” və Rusiyaya qarşı uzaqmənzilli zərbələri müzakirə edib. O, həmçinin bildirib ki, Ukrayna ordusu Rusiyanın neft obyektlərini “hər gün və ya iki gündən bir” atəşə tutur.
