İsrailin müdafiə naziri İsrael Kats baş nazir Binyamin Netanyahunu Qəzza zolağında hərbi əməliyyatları bərpa etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

"Mən Baş nazirə çağırış edirəm ki, İsrail ordusuna maksimum güclə Qəzza zolağında hərbi əməliyyatları tam bərpa etməyə göstəriş versin. Gözlənildiyi kimi, HƏMAS öz hərəkətlərini dəyişəcək və ya hətta imzalanmış razılaşmaya əməl edəcək kimi yalan illüziya bizim təhlükəsizliyimiz üçün təhlükəlidir. Bu nasist terror təşkilatı tamamilə məhv edilməlidir və nə qədər tez olsa, o qədər yaxşıdır", - Kats qeyd edib.

Bundan əvvəl İsrail ordusu HƏMAS-ın atdığı tank əleyhinə raketə cavab olaraq Qəzzanın cənubundakı Rəfahı vurduğunu bildirib.