Nə Rusiya, nə də Ukrayna hələlik sülh sazişi imzalamağa hazır deyil.

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib. 

“ABŞ prezidentinin enerjili diplomatiyası insanları güzəştə sövq edə bilsə də, son nəticədə razılaşmaya hazır olan iki tərəf olmalıdır və nə Rusiya, nə də Ukrayna buna hələ hazır deyil”, - Ağ Ev rəsmisi bildirib.

Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub və Tramp bunu “çox məhsuldar” adlandırıb.

Telefon danışığı zamanı iki prezident Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün Macarıstanda görüşmək barədə razılığa gəliblər.

Ağarza Elçinoğlu