Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Tovuz rayon prokurorluğu məlumat yayıb.
Bildirilir ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***18:20
Tovuzda həyat yoldaşını qətlə yetirən şəxs canına qəsd edib.
"Unikal"ın məlumatına görə, qətl törədən 29 yaşlı Səbuhi Hacızadənin kənd ərazisindən asılmış vəziyyətdə meyiti tapılıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Qeyd edək ki, Səbuhi Hacızadə həyat yoldaşı Mətanət Hacıyevanı qətlə yetirdikdən sonra video çəkərək canına qəsd edəcəyini bildirmişdi.
Tural Əhmədov
