"Ukrayna nizamlanması ilə bağlı Türkiyə ilə yeni təmaslar olmayıb".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib. 

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Ankara münaqişənin həllində Rusiya və Ukraynaya yardımı davam etdirmək niyyətindədir.