Azərbaycan, İran və Rusiyanın gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrupu yaradılacaq.
"Unikal" xəbər verir ki, bu məsələ Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşə dair Kommünikedə öz əksini tapıb.
