Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Suraxanı rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***09:40
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayevi 16 yaşlı oğlan qətlə yetiribmiş.
"Unikal" xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.
***
09:23
Dünən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayev bıçaqlanaraq qətlə yetirilib.
"Unikal" Bakupost.az-a istinadən xəbər verir ki, hadisə gömrükçünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu ərazisində — ona məxsus mağazada baş verib.
