ABŞ Senatı 2026-cı maliyyə ili üçün hərbi xərclərin 925 milyard dollarını təsdiqləyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sənədin lehinə 77 qanunverici, əleyhinə isə 20 deputat səs verib.

Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) də 2028-ci ilə qədər uzadılacaq və onun maliyyələşdirilməsi 500 milyon dollara qədər genişləndiriləcək. Proqram Pentaqonun Amerika arsenallarından birbaşa avadanlıq tədarük etməkdənsə, istehsalçılarla müqavilə bağlamasını nəzərdə tutur.