Beynəlxalq Futbol Federasiyaları Assosasiyası (FİFA) rəsmi sosial şəbəkə hesablarında 2026-cı ilin Futbol Üzrə Dünya Çempionatının rəsmi topunu ictimaiyyətə təqdim edib.
"Unikal" xəbər verir ki, Kanada, ABŞ və Meksikanın ev sahibliyi edəcəyi DÇ-nin rəsmi topunda üç ölkəni simvolizə edən rənglərdən - qırmızı, göy və yaşıl rənglərdən istifadə olunub.
Topa "TRİONDA" adı verilib.
