Münhendə baş verən partlayışın səbəbi məlum olub. 

"Unikal" "Bild" qəzetinə istinadən xəbər verir ki, kişi valideynlərinin evində partlayış  törədib. Məlumata görə, kişi valideynlərinin evini partlayıcı qurğularla minalayıb, sonra isə yandırıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər evdən iki meyit aşkar edib. Meyitlərin hər ikisində güllə yarası izi aşkarlanıb. 

Hüquq-mühafizə orqanları hadisənin səbəbini araşdırır. 

***09:27

Almaniyanın Münhen şəhərində partlayışlar baş verib, hüquq-mühafizə orqanları hadisə yerində işləyir.

"Unikal" xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

Nəşrin məlumatına görə, partlayışdan sonra atəş səsləri də eşidilib.