Vətən müharibəsi iştirakçısı dünyasını dəyişib.

"Unikal"ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Yelmarov Nicat İman oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.

N.Yelmarov Dövlət Sərhəd Xidmətinin giziri kimi Vətən müharibəsində iştirak edib və 3 medalla təltif olunub. 

Mərhum bir müddət əvvəl xəstəliyi ilə əlaqədar ordu sıralarından tərxis edilib.

Ailəli idi, iki övladı var.

Anar Kəlbiyev