Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışına qələbə ilə başlayıb.
"Unikal" xəbər verir ki, yığma 1/8 final mərhələsində Gürcüstan komandası ilə üz-üzə gəlib.
Azərbaycan seçməsi rəqibini 4:2 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.
XXX
10:39
Bu gün yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışında mübarizə aparacaq.
"Unikal" xəbər verir ki, yığma 1/8 finalda Gürcüstan seçməsi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışı iki bürünc medalla başa vurublar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat əldə ediblər.















.jpg)




.jpg)
.webp)



.jpg)








.jpg)













