Avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.
Sumqayıtda 22 yaşlı gənc qətlə YETİRİLDİ
15:30 27-08-2022
KRİMİNAL
XƏBƏR LENTİ
01:05
00:30
00:23
00:07
00:03
23:52
23:34
23:04
23:00
22:19
22:10
21:43
21:37
21:02
20:57
20:15
19:55
19:45
19:14
19:12
18:41
18:29
18:23
Daha çox yüklə


























































