Türkiyənin Aydın şəhərində 14 yaşlı yeniyetmə övlad dünyaya gətirib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, valideynləri qızlarının səhhətinin pisləşdiyini görərək onu xəstəxanaya aparıb. Həkimlər yeniyetmə qızın hamilə olduğunu söyləyiblər.
Beləliklə, 14 yaşlı yeniyetmə körpəsini dünyaya gətirib. Həkimlər körpənin 3 kilo 270 qram olduğu və sağlamlığı barədə məlumat veriblər.
Yeniyetmə polisə ilk ifadəsində uşağın atasının kim olduğunu deməyib. Onun 17 yaşlı sevgilisi isə sorğu zamanı uşağın atası olduğunu etiraf edib.






























.jpeg)















.png)







