Masallı-Yardımlı avtomobil yolunda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, qəza Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib.
Rayonun Dadoba kənd sakini, 1981-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Sadıqov sükanı arxasında olduğu 10-MT-517 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobildə idarəetməni itirib və avtomaşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü ilə birgə avtomobildə olan həmkəndliləri - 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənov, 1983-cü il təvəllüdlü Pərviz Cavanşir oğlu Qurbanov və 1991-ci il təvəllüdlü Elxan Cavad oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sərnişinlərdən daha ağır yaralanan R.Həsənov hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib və vəziyyəti kritikdir.Faktla bağlı araşdırma aparılır.




.jpg)






































.jpeg)



.jpeg)








.jpeg)

