Salyan rayonunda yanğın hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə şəhərin Təbriz Xəlilbəyli küçəsində qeydə alınıb.
Belə ki, 1941-ci il təvəllüdlü Cəbrayılov Telman Qubad oğluna məxsus 6 otaqlı ev anidən alovlanıb. Hadisə yerinə Salyan yanğından mühafizə hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb.
Buna baxmayaraq, evin ikinci mərtəbəsindəki otaqlar əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır. (report)











.jpg)















.webp)














.jpg)






.png)



