Şəkidə 47 yaşlı kişinin üstündən yük maşınıkeçib.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 18-i günorta saatlarında Şəki şəhərinin Oğuz şosesi adlanan ərazisinin yaxınlığında baş verib.
Rayonun Baş Göynük kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Abdurəhmanov idarə etdiyi "Shacman markalı yük maşınını arxaya sürərkən yük maşınının arxasında olan Böyük Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Yunis Nəzər oğlu İsmailovun üstündən keçib.
Hadisədən sonra üç övlad atası olan, 47 yaşlı Yunis İsmailov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.



.jpg)







.jpg)

.jpg)







.webp)

.jpg)




.jpg)
.jpg)





.jpg)



.jpeg)


.jpg)

.jpg)








