Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb.
"Unikal" xəbər verir ki, 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmin vaxt çayxanada olan bir neçə nəfər spirtli içki qəbul edirmiş.
Ananın sözlərinə görə, dörd nəfər oğlunu döyüb, daha sonra onlardan biri evdən bıçaq gətirərək ona xəsarətlər yetirib:
"İkisini boynunun arxasından, birini də ağciyərinə vurublar. Mənim oğlum malyardır, sənətkardır. Onlar içkili olublar. Oğlum sadəcə səs-küy salmamalarını deyib. Dörd oğlan onu döyüb, yıxılandan sonra üstünə düşüblər. Sonra gedib evdən bıçaq gətirərək bıçaqlayıb qaçıblar. Mənim uşağımı qəssab kimi doğrayıblar", - deyə anası bildirib.
Qeyd edək ki, hadisəni törətməkdə 17 yaşlı yeniyetmə şübhəli bilinir.
***16:25
Qazaxda bıçaqlanma hadisəsi baş verib.
"Unikal" APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilib ki, bıçaqlanan şəxs Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.
Fakt araşdırılır.



















.jpg)









.jpg)


















