"Exit-poll"a görə, hazırkı Bolqarıstan prezidenti İliana Yotova prezident seçkilərinin birinci turunda 35,3% səslə liderlik edir.

"Unikal" xəbər  verir ki, keçmiş baş nazir vəzifəsini icra edən Andrey Qyurov 32,4% səslə ikinci yerdədir. Sağçı Diriliş Partiyasının lideri Kostadin Kostadinov 12,6% səs toplayıb.

Heç bir namizəd 50%-dən çox səs toplamadığı üçün 1 noyabrda ikinci turun keçirilməsi gözlənilir. İlkin nəticələrə görə, İliana Yotova və Andrey Qyurov bu turda mübarizə aparacaqlar.