"Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua qripə yoluxduğu üçün İspaniya çempionatının 10-cu turunda "Barselona"ya qarşı səfər oyununda iştirak edə bilməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
"Kurtua qrip səbəbindən "Real" və "Barselona" arasında keçiriləcək bugünkü çempionat oyunundan son anda kənarda qalıb", - klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, qarşılaşma oktyabrın 25-də keçiriləcək. Bakı vaxtı ilə oktyabrın 26-na keçən gecə saat 00:00-da başlayacaq.


































.jpg)



.jpg)
















