ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyə meyllidir, lakin bu barədə hələlik yekun qərar verilməyib.
"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti adları çəkilməyən ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Qəzet aydınlaşdırır ki, Ağ Ev rəhbərinə İslam Respublikasına qarşı mümkün hərəkətlər üçün bir sıra variantlar, o cümlədən nüvə obyektlərinə və müxtəlif infrastruktur obyektlərinə zərbələr endirmək, eləcə də İran adalarına hücum əməliyyatları təklif edilib.
Məqalədə deyilir ki, "Tramp genişmiqyaslı hərbi əməliyyatların bərpasına meyllidir, baxmayaraq ki, hələlik yekun qərarlar qəbul edilməyib".
Daha əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, münaqişə yenidən başlayarsa, Yaxın Şərqdəki Amerika rabitə kabelləri, məlumat mərkəzləri və süni intellekt infrastruktur obyektləri İranın əlində ola bilər.








































.jpg)













