Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında (Mingəçevir Dövlət Universiteti) partiyanın VIII Qurultayından irəli gələn vəzifələrə, yeni strateji hədəflərə və yerli təşkilatların fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, 5 saylı ərazi partiya təşkilatının sədr müavini Esmira Cəfərova, universitetin Tələbələrlə iş şöbəsinin mütəxəssisi Aslan Ələkbərzadə, eləcə də universitetin əməkdaşları, partiya fəalları və tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov qonaqları və iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin müzakirəsinin, yerli partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin və qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Rektor ali təhsil müəssisələrinin gənclərin dünyagörüşünün formalaşmasında, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsində və fəal vətəndaş mövqeyinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, gənclərin təşəbbüslərinin dəstəklənməsinin, ictimai fəallığının artırılmasının və onların cəmiyyətin inkişafında iştirakının əhəmiyyətinə diqqət çəkib.
Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Yeni Azərbaycan Partiyasının Qurultayından irəli gələn vəzifələr və yerli təşkilatların fəaliyyət istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. O, partiyanın VIII Qurultayının əhəmiyyətindən, qarşıya qoyulan strateji hədəflərdən və həmin vəzifələrin həyata keçirilməsində yerli partiya təşkilatlarının rolundan danışıb. Bildirib ki, təşkilati fəaliyyətin səmərəli qurulması, partiya üzvləri ilə işin gücləndirilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi və gənclərin partiya həyatında fəal iştirakının təmin edilməsi mühüm istiqamətlərdəndir.
5 saylı ərazi partiya təşkilatının sədr müavini Esmira Cəfərova “Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: tarixi zəfərdən yeni strateji hədəflərə” mövzusunda məruzə ilə çıxış edib. O, partiyanın inkişaf yoluna, Azərbaycanın qazandığı tarixi nailiyyətlərə və qarşıda duran yeni hədəflərə toxunub. Qeyd edib ki, əldə olunmuş uğurların davam etdirilməsi, müasir çağırışlara uyğun fəaliyyətin təşkili və partiyanın müəyyənləşdirdiyi strateji istiqamətlərin ardıcıl şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Mingəçevir Dövlət Universitetinin Tələbələrlə iş şöbəsinin mütəxəssisi Aslan Ələkbərzadə “Yeni Azərbaycan Partiyasının gələcək hədəflərində gənclərin iştirakı” mövzusunda məruzə ilə çıxış edib. O, gənclərin ictimai-siyasi həyatda fəal iştirakının, onların bilik və bacarıqlarının, liderlik keyfiyyətlərinin və təşəbbüskarlığının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və fəal vətəndaşlar kimi yetişməsinin, onların potensialının ölkənin inkişafı naminə səfərbər olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən digər qonaqlar və iştirakçılar da müzakirələrə qoşularaq mövzular ətrafında fikir mübadiləsi aparıblar. Çıxışlarda VIII Qurultaydan irəli gələn vəzifələrin yerinə yetirilməsi, yerli partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, universitetlə partiya təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi və gənclərin ictimai-siyasi fəallığının artırılması məsələləri diqqət mərkəzində olub.
Tədbir qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində birgə fəaliyyətin, təşkilati işin gücləndirilməsinin və gənclərin ictimai təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətinin vurğulanması ilə başa çatıb.
Sonda xatirə şəkili çəkdirildi.






.jpg)





























.jpg)

.jpg)

















