Amerikalı aktrisa Amanda Seyfrid intim səhnələrdə çəkilmək istəmədiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

40 yaşından sonra bu cür rollara münasibətinin dəyişdiyini bildirən aktrisa artıq sırf seks səhnələrinə görə layihələrdə iştirak etmək istəmədiyini deyib.

Seyfrid qərarına övladlarının da təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, filmlərdə uşaqlarının görə biləcəyi səhnələri nəzərə alaraq rol seçimində daha diqqətli davranır.

Qeyd edək ki, Amanda Seyfridin filmografiyasında 70-dən çox rol var.