Moskvanın Şeremetyevo hava limanında 84 reys ləğv edilib, daha 139 reys isə hava hərəkəti məhdudiyyətləri səbəbindən təxirə salınıb.

"Unikal" xəbər verir ki, Cədvəldəki dəyişikliklər saat 12:00-dan 00:00-a (Moskva vaxtı ilə) qədər olan müddətə təsir edib.

Kütləvi ləğv və gecikmələrə əlavə olaraq, daha 23 reys alternativ aerodromlara, bəzi təyyarələr Sankt-Peterburqa yönləndirilib.