FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Bakıda keçiriləcək dünya çempionatı və festivalının gənc futbolçuların beynəlxalq təcrübə qazanması və inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
"Unikal" xəbər verir ki, mütəxəssis FIFA-nın rəsmi saytına müsahibəsində istedadlı oyunçuların dünyanın hər yerində mövcud olduğunu, gənc futbolçuların beynəlxalq səviyyədə özlərini sınamaq imkanlarının isə heç də həmişə eyni olmadığını bildirib.
Onun sözlərinə görə, turnirin əsas məqsədi müxtəlif ölkələrdən olan gənc futbolçulara beynəlxalq yarışlarda iştirak etmək, fərqli oyun üslubları və futbol mədəniyyətləri ilə tanış olmaq, eləcə də rəqabət şəraitində öyrənmək və inkişaf etmək imkanı yaratmaqdır.
Arsen Venger vurğulayıb ki, futbol, xüsusilə gənclər səviyyəsində dünyanı birləşdirən güclü vasitədir. Müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan gənc oyunçuların bir araya gəlməsi onlara idman mübarizəsindən daha geniş təcrübə qazandırmaqla yanaşı, milli assosiasiyaları da gənclərin inkişafına daha çox sərmayə qoymağa təşviq edir.
Qeyd edək ki, Arsen Venger FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı Bakıya gəlib.



.jpg)





.jpg)


.jpg)

.jpeg)






















.jpg)







_1766155543.jpeg)
