Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Nəcəf Nərimanov küçəsi 8” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışının əsas məqamları və qarşıda duran vəzifələrlə bağlı partiya üzvləri ilə növbəti görüş keçirilib.

"Unikal" xəbər verir ki, ilk öncə Ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, dövlətimizin strateji maraqlarının qorunması, sosial rifahın yüksəldilməsi və ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsindən danışıb. Eyni zamanda, milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və informasiya təxribatlarına qarşı maarifləndirmə işinin gücləndirilməsi məsələlərinə toxunub.

Görüşdə bildirilib ki, qurultayda müəyyənləşdirilən hədəflərin reallaşdırılması partiya üzvlərindən ardıcıl fəaliyyət, yüksək məsuliyyət və cəmiyyətlə sıx əməkdaşlıq tələb edir. Bu istiqamətdə görülən işlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.