Oktyabrın 23-də doğma yurduna yola salınan köç karvanları Xocavənd şəhərinə və rayonun Quzeyxırman, Xocavənd kəndlərinə və Hadrut qəsəbəsinə çatıb.

"Unikal" xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 86 nəfərdən ibarət 24 ailəyə, Quzeyxırman kəndinə 53 nəfərdən ibarət 11 ailəyə, Xocavənd kəndinə 11 nəfərdən ibarət 3 ailəyə, Hadrut qəsəbəsinə 6 nəfərdən ibarət 2 ailəyə, Ağdərənin Heyvalı kəndinə 7 nəfərdən ibarət 2 ailəyə mənzillərinin açarları təqdim edilib.

****

Böyük Qayıdış şərçivəsində Xocavənd və Ağdərə rayonlarının 5 yaşayış məntəqəsinə daha 42 ailə (163 nəfər) yola salınıb.

"Unikal" xəbər verir ki, Xocavənd şəhəri, rayonun Quzeyxırman, Xocavənd kəndləri və Hdrut qəsəbəsinə, həmçinin Ağdərə rayonunun Heyvalı kəndinə növbəti qayıdış baş tutub.

Bu mərhələdə Xocavənd şəhərinə 24 (86 nəfər), Quzeyxırmana 11 (53 nəfər), Xocavəndə 3 (11 nəfər), Hadrut qəsəbəsinə 2 (6 nəfər), Ağdərə rayonunun Heyvalıya isə 2 ailə (7 nəfər) köçürülüb.