Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Səməd Vurğun küçəsi 83” ünvanı üzrə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunan müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, müşavirədə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən maliyyə nazirinin müavini, ərazi partiya təşkilatının sədri Natiq Həsənov Yeni Azərbaycan Partiyasının ölkəmizdə dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın davamlı inkişafının təmin olunması istiqamətində fəaliyyətindən bəhs edib.
O, partiyanın VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi mühüm fikirlərə və qarşıya qoyulan vəzifələrə toxunaraq qurultayda müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyətin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb. Natiq Həsənov, həmçinin ərazi partiya təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılmasının, təşkilati işin müasir tələblərə uyğun qurulmasının və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının təmin edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov dövlət başçısının VIII Qurultayda müəyyənləşdirdiyi strateji hədəflərdən, Azərbaycanın müasir inkişaf modelindən, ölkəmizin siyasi və iqtisadi qüdrətinin artırılması, milli maraqlarının qorunması və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən danışıb.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, milli maraqlarının etibarlı şəkildə qorunmasına və ölkəmizin strateji hədəflərinə doğru inamla irəliləməsinə zəmin yaradır.
Çıxış edən partiya üzvləri YAP-ın dövlətçilik prinsiplərinə sadiqliyi, milli maraqların müdafiəsi və Azərbaycanın tərəqqisi naminə həyata keçirilən fəaliyyətin əhəmiyyətindən bəhs ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.













.jpg)

.jpg)




.jpg)







.jpg)





.jpg)


.jpg)

.jpeg)











