Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Binəqədi rayon təşkilatının “Heydər Hüseynov küçəsi 19” ünvanında yerləşən ərazi partiya təşkilatında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşü giriş nitqi ilə açan Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm mərhələni əks etdirən tarixi hadisə kimi yadda qalıb. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə keçirilən qurultay yalnız partiyanın ötən dövr ərzindəki fəaliyyətinin təhlili baxımından deyil, həm də Azərbaycanın qazandığı tarixi nailiyyətlərin siyasi qiymətləndirilməsi, qarşıda duran məqsədlərin müəyyənləşdirilməsi və yeni dövrün çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov partiyanın VIII Qurultayında Azərbaycanın əldə etdiyi hərbi-siyasi nailiyyətlərin ətraflı şəkildə dəyərləndirildiyini vurğulayıb. O bildirib ki, 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ölkəmizin müasir tarixinin ən mühüm hadisələrindəndir. Bu tarixi nailiyyətlər yalnız Azərbaycanın deyil, bütövlükdə regionun siyasi mənzərəsinin dəyişməsində də mühüm rol oynayıb.
Vüsar İsmayılov qeyd edib ki, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra ölkəmiz qarşısında yeni vəzifələr dayanır. Bu vəzifələrin əsas istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası, həmin ərazilərdə dayanıqlı inkişafın təmin olunması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının həyata keçirilməsidir. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda hazırda 96 min insan yaşayır, işləyir və təhsil alır. Bu ərazilərin yenidən qurulması və inkişafı məqsədilə 28 milyard manat vəsait ayrılıb. Bütün bunlar dövlətin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə və Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsinə verdiyi önəmin göstəricisidir.
Həmçinin qeyd edilib ki, partiyanın VIII Qurultayında səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər YAP-ın fəaliyyətinin Azərbaycanın siyasi tarixinin mühüm mərhələləri və ölkənin inkişaf strategiyası ilə sıx bağlı olduğunu bir daha nümayiş etdirir. Partiyanın təsis qurultayından ötən dövr ərzində Azərbaycanda siyasi və iqtisadi sahələrdə baş verən mühüm dəyişikliklər, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi və xarici tərəfdaşlarla əlaqələrinin genişlənməsi də diqqətə çatdırılıb.











.jpg)


.jpg)



.jpg)







.jpg)





.jpg)


.jpg)

.jpeg)












