Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Nəsr” səfərdə “Əl-Feysali”ni 3:1 hesabı ilə məğlub edib.
"Unikal" xəbər verir ki, Əl-Məcma şəhərində keçirilən görüşdə qonaqların heyətində Abdullah Əl-Həmdan 4-cü dəqiqədə hesabı açıb. Kriştiano Ronaldo 49-cu dəqiqədə fərqi iki topa çatdırıb. Bu, 41 yaşlı hücumçunun karyerasında 982-ci qol olub.
Teo Bonqonda 66-cı dəqiqədə meydan sahiblərinin qollardan birinin əvəzini çıxıb. Qabriel Ancelo isə 79-cu dəqiqədə “Əl-Nəsr”in üçüncü qolunu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu qələbədən sonra 10 oyuna 25 xal toplayan “Əl-Nəsr” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Əl-Feysali” isə 7 xalla 15-cidir.















.jpg)




.jpg)







.jpg)





.jpg)


.jpg)

.jpeg)











