Rusiya Atlantik okeanının şərq sahillərinə dizel yanacağı daşıyan ilk üç tankerini göndərib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Baş nazirin müavini Aleksandr Novak bildirib.

"Yanacaq daşıyan ilk üç tanker artıq Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) əhəmiyyətli dəstəyi ilə Atlantik okeanının şərq sahilinə doğru yola düşüb", - o qeyd edib. 

Novak əvvəllər Rusiyanın dizel yanacağı ixracına qoyulan məhdudiyyətləri vaxtından əvvəl aradan qaldırmağa başladığını açıqlamışdı. O, oktyabr ayında 300.000 ton, noyabrda 500.000 ton və dekabrda 1 milyon ton dizel yanacağının çatdırılmasının planlaşdırıldığını bildirmişdi. Aylıq tədarüklər sonda 3 milyon tona qədər arta bilər.

Novak həmçinin bildirib ki, Rusiya və ABŞ dizel yanacağının tədarükü ilə bağlı müqavilələri yekunlaşdırıblar.