Adolf Hitlerin Kehlstein dağındakı "Qartal Yuvası" kimi tanınan çayxanası yanğın nəticəsində demək olar ki, tamamilə məhv olub.
"Unikal" xəbər verir ki, bu barədə "Die Süddeutsche Zeitung " (SZ) qəzeti yazıb.
Abidənin yerləşdiyi Almaniyanın Bavariya əyalətinin daxili işlər naziri Yoahim Herrmann bildirib ki, hər il on minlərlə insan buraya baş çəkir. O, "Qartal Yuvası"nın bərpa olunacağını bildirib.
Rəsmi şəxs qeyd edib ki, yağış və qar yağışı, eləcə də su təchizatı problemləri səbəbindən yanğının söndürülməsi çətin olub. Turistlər adətən binaya qədər olan son 100 metri xizək liftində və piyada qət edirlər. Yanğınsöndürənlər helikopter olmadan 700 metrə qalxmalı olublar. Güclü küləklər də onların səylərinə mane olub.

























.jpg)




























.jpg)
