İstanbul Vəkillər Kollegiyasının 128-ci Adi Baş Məclisində namizədlərin çıxışları zamanı şüarlar və bayraqlar səsləndirilməsi səbəbindən vəkil qrupları arasında dava olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Müstəqil Vəkillər Qrupunun namizədi, vəkil Arife Gökkaya Dinçin çıxışından sonra LGBT+ bayrağının açılması və qarşılıqlı şüarlar səsləndirilməsi fonunda iştirakçılar arasında yumruq davası baş verib. Buna görə də ümumi yığıncağa 15 dəqiqəlik fasilə verilib.

Respublikaçı Güc Birliyinin sədrlik namizədi, vəkil, professor Ümit Kocasakalın çıxışı zamanı isə salonda Türkiyə bayrağı açılıb, “Nə mutlu türküm deyənə” və “Mustafa Kamalın əsgərləriyik” şüarları səsləndirilib.