Rusiyalı şoumen Maksim Qalkinin oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan konserti ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Sabah" qəzeti yazıb.
Jurnalistlərin sözlərinə görə, tədbir fəalların təzyiqi, eləcə də Türkiyə Mədəniyyət Nazirliyinə və İstanbul valisinə edilən müraciətlərdən sonra ləğv edilib.
Konsertin İstanbul Konqres Mərkəzində keçirilməsi planlaşdırılırdı. Məlumata görə, tədbirin biletlərinin təxminən yarısı satılıb.
Bundan əvvəl, bəzi KİV-lərdə Türkiyə hakimiyyətinin Qalkinin konsertinin ləğv edilməsini tələb etdiyini yazılmışdı. Yerli fəallar komediyaçının bir neçə ildir İsraildə yaşadığını və ölkənin Qəzza zolağındakı hərbi əməliyyatlarını dəstəklədiyini qeyd ediblər.








































.jpg)













