Albaniyanın paytaxtı Tiranada polis Daxili İşlər Nazirliyi və Baş nazirin ofisinin qarşısında toplaşan etirazçıları dağıtmaq üçün göz yaşartıcı qaz və su şırnaqlarından istifadə edib.
"Unikal" xəbər verir ki, Albaniya Radio və Televiziyasının (RTSH) məlumatına görə, polis hökumət binasının qarşısında mühasirə quraraq etirazçılara qarşı su şırnaqları və göz yaşartıcı qazdan istifadə edib. Bəzi etirazçılar Baş nazirin ofisinə doğru irəlilədikdə, digərləri isə Daxili İşlər Nazirliyində qaldıqda toqquşmalar baş verib.
Etirazçılar həmçinin Təhsil Nazirliyinin binasının qarşısında toplaşıblar və tələbələrə Demokrat Partiyasının tərəfdarları da qoşulublar. Əvvəlcə etiraz dinc keçsə də, sonradan nazirlik binasına daş atılıb. Polis su şırnaqları ilə cavab verib.
Etiraz hələ də parçalanmış şəkildə davam edir: iştirakçılar paytaxtın bir neçə rayonunda yerləşir və hüquq-mühafizə orqanları vəziyyəti nəzarətdə saxlamaq üçün küçələrdə iştirakını artırıb.




































.jpg)

















