Azərbaycan əsilli repçi Navainin oktyabrın 22-nə planlaşdırılan konserti baş tutmayıb.

"Unikal" xəbər verir ki, repçi oktyabrın 22-də Moskvadakı VK Stadium-da konserti keçirilməli idi. Lakin tədbir noyabrın 8-nə təxirə salınıb.

Daha əvvəl məkanın saytında oktyabrın 22-nə planlaşdırılan konsertə biletlərin satışının dayandırıldığı bildirilmişdi.

Qeyd edək ki, oktyabrın 14-də repçi Navai Qazaxıstan ərazisinə daxil olarkən saxlanılıb. Onun avtomobilində narkotik maddələr aşkar edilib. Daha sonra sənətçi barəsində cinayət işinə xitam verildiyi məlum olub.