Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, ölümlə nəticələnən kütləvi davadan iştirakçı olan millət vəkili Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də Xətai Rayon Məhkəməsinə gətirilib.
Xatırladaq ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə təşkil edibmiş.
Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.
Əhməd Əlizadənin atası A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir, qardaşı Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsində hakimdir.
Xatırladaq ki, hadisə "Ab-hava" restoranında qeydə alınıb. Kütləvi dava zamanı "Ceyhun Sabunçu" adı ilə tanınan Ceyhun Mirağayev bıçaqlanaraq qətlə yetirilib.
Orxan Rasifoğlu








































.jpg)



.jpg)










