Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən kənarlaşdırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Bildirilir ki, qərar Saralın Azərbaycanla bağlı sərt açıqlamalarından sonra verilib.

Saral jurnalistlərdən birinə açıqlamasında "Ərdoğanın təlimatı ilə vəzifədən getdiyini" bildirib. "Əhəmiyyətli olan Türkiyə Respublikasıdır. Əhəmiyyətli olan Prezidentimizin uğurudur", - deyə o qeyd edib.