Serbiyada növbədənkənar parlament seçkiləri üçün seçki məntəqələri bağlanıb.

"Unikal" xəbər verir ki, səsvermənin bitməsinə iki saat qalmış seçici fəallığı rekord həddə - 64,89% təşkil edib.

Seçkilər hakim Serbiya Tərəqqipərvər Partiyası (SNS) ilə müstəqil namizədləri irəli sürən tələbə hərəkatı arasında qarşıdurma fonunda keçirilir.